Həkim briqadasının Ordubadda həyata keçirdiyi humanitar aksiya başa çatıb

Həkim briqadasının Ordubadda həyata keçirdiyi humanitar aksiya başa çatıb
11:28 26 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+


Ordubad, 26 dekabr, AZƏRTAC
Bakı şəhərində fəaliyyət göstərən Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 24 nəfərdən ibarət həkim briqadasının 3 gün ərzində Ordubad Rayon Mərkəzi Xəstəxanasında həyata keçirdiyi humanitar aksiya başa çatıb.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aksiya çərçivəsində oftalmoloq Rasim Orucov, travmatoloq Cavid Musazadə, cərrahlar Sahib Hüseynov, Toğrul Məhərrəmov və başqalarının iştirakı ilə 2 min 520 pasiyent profilaktik tibbi müayinədən keçirilib. Cərrahi müdaxiləyə ehtiyacı olan 72 xəstə üzərində LOR, göz və ümumi cərrahi əməliyyatlar aparılıb.
Pasiyentlər, həmçinin hematoloji, uroloji, nefroloji, proktoloji, oftalmoloji və digər tibbi xidmətlərlə əhatə olunublar. Ordubad Rayon Mərkəzi Xəstəxanasının tibbi heyəti də aksiyada fəal iştirak edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Hekim_briqadasinin_Ordubadda_heyata_kechirdiyi_humanitar_aksiya_basa_chatib-914576

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR