Gələn ilin qoroskopu: kimi nə GÖZLƏYİR?

Gələn ilin qoroskopu: kimi nə GÖZLƏYİR?
12:17 26 Dekabr 2015
171 Digər
Ölkə mətbuatı
A- A+

Çin qoroskopuna görə, 2016-cı il meymun ilidir. Gələn il çox aktiv, qarışıq, enerjili olacaq.
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən 2016-cı ilin qoroskopunu təqdim edir.

QOÇ (21.03 - 19.04). İl münasibətlərdə yeniliklərlə başlayacaq. Çevik, mütəhərrik olun, eqoizmə qapılmayın, qarşılaşdığınız sədləri dəf etmək üçün daxili potensialınızdan yararlanın.
Fevralın əvvəlində qısqanclıq hissləri düşünülməmiş, impulsiv davranışa səbəb olmamalıdır. Sevdiyiniz insanla əlaqələrdə burulğan yaratmayın. Əsəbi olmayın.
Şübhələndiyiniz insan barədə yetərincə məlumat toplamamış fikrinizi açıqlamayın. Fevralın 18-də xüsusilə ehtiyatlı olun.
21-27 mart arasında doğUlmuş Qoçlar üçün aprel imtahan zamanıdır. İyunda işlərinizdə irəliləyişldər olacaq.
Subaysınızsa, elçilik və ya nişan üçün oktyabr düşərlidir.

BUĞA (20.04 - 20.05). İlin ilk ayında qalmaqal olacaq. Qarşı tərəfi səbrlə dinləyin. Dava-dalaş təşəbbüskarı olmayın. Münasibətlərinizin fəlsəfəsini dəyişin. Qışın sonunda, baharda özünüzü daha əmin hiss edəcəksiniz. Tərəfdaş və şəriklərlə, tanışlarla əlaqələrin bəzi nüanslarına yenidən baxmaq gərəkdir.
Axtarışlarınız müsbət nəticə verəcək.
Avqustda karyera, maliyyə ilə bağlı önəmli qərarlar verməyin. Köç və ya daşınmaz əmlakla əməliyyat məsləhət deyil. Noyabr ayında hisslər tarıma çəkiləcək.

ƏKİZLƏR(21.05 - 21.06). Yanvar və fevral aylarında yalana qurban olmayın. Pis işləri gizlətmək mümkün deyil. Martda sizi heyrətamiz olay, dəyişiklik gözləyir. Ağıllı davranın, məntiqli olun. İfrata varmayın.
Münasibətləri sərinləşdirməyin. Noyabrda yeni tanışlıq olacaq. Ailə üzvlərini sevindirin. Maaşınız azdırsa, fatalist olmayın, süst insan təsiri bağışlamayın.
Yeni perspektivlər və imkanlar arayın.

XƏRÇƏNG (22.06 - 22.07). Tornadoya bərabər planetar təsir altına düşəcək bürcdür. İl çətin olacaq, amma narahat olmayın, qorxmayın. Sınaqlardan çıxa bilərsiniz.
22 iyun-3 iyul arasında doğulmuş Xərçənglər fevral ayından başlayaraq rahat nəfəs ala bilərlər. Burulğanlar onlardan yan keçəcək. 4-12 iyul arasında doğulmuş Xərçəngləri çətin dövr gözləsə də, imkanların sayı artacaq. Dəyişikliklər köklü, hadisələr yaddaqalan olacaq. 13-22 iyul arasında dünyaya gəlmiş Xərçənglərin həyatlarındakı yeniliklər böyük olmayacaq. Münasibətlərdə arxaizm motivləri hiss edirsinizsə, onlara son qoyun.
İyun ayında işlə bağlı təklif alacaqsınız. Sentyabrda səyahət məsləhət deyil.
Özünüzü düşünün.

ŞİR (23.07 - 22.08). Harmonik ildir. Subaylar ailə qursalar, onların nikahları uzunmüddətli və stabil olacaq. Yanvar və may aylarında təmaslarda gərginlik yarana bilər. Ailə üzvlərinin yardımlarından bəhrələnə bilərsiniz. Sizi sevən insanları dinləyin, onların məsləhətlərini qulaqardına vurmayın. 
Aprel ayında yaşam qüvvəniz artacaq, potensialınız güclənəcək. Sentyabr romantik hisslər vəd edir.

QIZ (23.08 - 22.09). Nisbətən sakit ildir. Sərgüzəştlərin sayını azaldın. Ailə üzvlərinin qayğısına qalın. Qohumların maraqlarını öz mənafeyinizdən üstün tutmayın. Mart ayında yaxşı tanışlıq olacaq. Ciddi məsələlərin həllində tələskənliyə əsla yol verməyin.
Avqust ayı dəyişikliklər və yeniliklər üçün yaxşıdır. Sentyabrda mübahisəli məsələlər son qoyun, suallara cavab tapın. Dekabrın ortalarında qəfil çətinlik yaranacaq. Etibarınızdan sui-istifadə edəcəklər.

TƏRƏZİ (23.09 - 22.10). Pozitiv zamandır. Münasibətləri möhkəmləndirmək imkanları var. Subaysınızsa, ilin ilk yarısında ailə qursanız, nikahınız stabil və möhkəm olacaq. Ailəli Tərəzilərsə yanvar ayında işləri sahmana salmalıdır. Problemlərinizin çözülməsində başqalarına güvənməyin. Çox ağır saydığınız müşkülün həllində alternativ yollar arayın.
Kreditlərin məbləğini artırmayın. Borcları azaldın. İşdə təmkinli olun. 
8-18 oktyabr arasnıda doğulmuş Tərəzilərin taleyində yayda ciddi dəyişiklik baş verəcək.

ƏQRƏB (23.10 - 21.11). Əlverişli zamandır. Yaxşı perspektivlər yarancaq. Seçim imkanlarınız genişlənəcək. İlin ikinci yarısı sınaq dönəmidir. Aqressiv, emosional olmayın. Emosiyalarınıza tam nəzarət edin. Əks təqdirdə işsiz qala bilərsiniz. 
Sonradan sizi peşman edəcək tanışlıq və ya əlaqələrdən yayının. Ailədə münasibətlərin rəvan olmasını istəyirsinizsə, yanğını vaxtında söndürün.
Macəra aramayın. Yalanların sayını azaldın.

OXATAN (22.11 - 21.12). Özünüzə kənardan baxmağa çalışın. Münasibətlərə dəyər verin. Tələsik, düşünülməmiş qərarlar verməyin. Dekabrın son ongünlüyü, mart ayının ilk yarısı, iyun və avqust ayları gözlənti zamanlarıdır. Həssas davranın. Yayda maraqlı iş təklifi alacaqsınız. Dəyər verdiyiniz insanlarla təmaslarda anlaşılmazlıq yarana bilər. Səbrli olun. 
Noyabrda ciddi problem yaranacaq. İtki istisna deyil.

OĞLAQ (22.12 - 19.01). Dekabrda və yanvarın ilk 4 günündən birində anadan olmuş Oğlaqlar üçün nisbətən sakit ildir. Lakin 5-15 yanvar arasında anadan olmuş Oğlaqlar ehtiyatlı davranmalı, qəfil dəyişikliklərə hazır olmalıdır. Gücünüz, potensialınız yetərincədir. Amma izafi enerjinin köləsinə çevrilməyin. Yanvarın 16-20 arasında anadan olmuşlar macəralara, yeniliklərə hazır olsunlar.
Ailədə münasibətləri normal saxlamaq istəyirsinizsə təşəxxüslü, ifrat qürurlu, təkəbbürlü olmayın.

DOLÇA (20.01 - 18.02). Şəxsi münasibətlər üçün yaxşı, harmonik dövrdür. Kimsə valideyn olacaq, kimsə ailə quracaq. Əsas məsələ hisslərdir. İstəklərinizi məhdudlaşdırmayın, sevdiyiniz insanla sirrinizi bölüşün.
Yanvar və sentyabr aylarında axtarışlar heç bir nəticə verməyəcək. Mart və may aylarında köçdən, səyahətdən uzaq durun. Bu vaxtlarda evlənmək, nişanlanmaq məsləhət deyil. Payızda ailədə problemlər həllini tapacaq, anlaşma bərqərar olacaq.

BALIQLAR (19.02 - 20.03). Pozitiv ildir. Taleyinizdə xüsusi rol oynayacaq insanla qarşılaşacaqsınız. Mübahisələr, münaqişələr azalacaq. Yanvar ayında tanımadığınız insanlarla görüşlərin sayını artırmayın. Bədbinliyə səbəb yaratmayın. May ayında qohumların istəklərinə diqqət yetirin. İyul ayını uşaqlara həsr edin, onlarla eyni dalğada olun.
Sentyabrda qadın Balıqların kişi ilə problemi yarana bilər. Oktyabr ayında problem həllini tapacaq. Sevdiyiniz insanla münasibətləri korlamayın. Başqalarının hisslərini də düşünün.

Milli.Az

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Tarixin ən qanlı müharibələri - FOTOLAR

31 Mart 2017 02:58

İŞİD-nin əsas təbliğatçısı öldürüldü

31 Mart 2017 02:39

Avropa Şurası və Avropa Birliyinin qərargahları dəyişdi - FOTO

31 Mart 2017 02:32

Sabiq deputat metroda öpüşən gənclərdən danışdı:

31 Mart 2017 02:22

Əsədin getməsi ABŞ üçün artıq prioritet deyil

31 Mart 2017 02:19

Bakıda zəncirvari QƏZA: 2 ölü, 1 yaralı

31 Mart 2017 02:03

Ədalət Sarayını İŞİD partladıbmış

31 Mart 2017 01:54

"Bəşər Əsədi devirmək artıq prioritetimiz deyil" -

31 Mart 2017 01:43

Xırdalanda atışma: ölən və yaralanan var

31 Mart 2017 01:39

Dağlar fonunda dağlar - FOTO

31 Mart 2017 01:32

Tanınmış müğənni: "Tez-tez ağlayıram"

31 Mart 2017 01:29

ŞOK QİYMƏT:

31 Mart 2017 01:27

Qurban Qurbanov Volkan Dəmirəl transferinə aydınlıq gətirdi

31 Mart 2017 01:24

Bakıda 17 yaşlı qız intihar edib

31 Mart 2017 01:19

64 yaşlı maşın 70 minə satılır - FOTO/VİDEO

31 Mart 2017 01:13

Xırdalanda DƏHŞƏT:

31 Mart 2017 00:55

Xırdalanda atışma: Maskalılar iş adamını güllələdilər

31 Mart 2017 00:53

FHN-nin xilasediciləri çayda batdığı ehtimal edilən 5 yaşlı uşağı axtarırlar

31 Mart 2017 00:44

Qəbələdə ər arvadının boğazını kəsdi - FOTO/VİDEO

31 Mart 2017 00:43

Mart soyqırımından 99 il ötür

31 Mart 2017 00:27

Astroloji proqnoz - 31 mart

31 Mart 2017 00:18

Məşhur klubun adı rəsmən dəyişdi - FCSB

31 Mart 2017 00:17

Kamal Abdullanın əsəri gürcü dilində işıq üzü gördü

31 Mart 2017 00:14

"Qalatasaray" ulduz futbolçuya sərvət təklif etdi

31 Mart 2017 00:07

Elon Musk-dan 6 qızıl qayda

31 Mart 2017 00:05

Türkyədə qasırğa XƏBƏRDARLIĞI

31 Mart 2017 00:05

31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür

31 Mart 2017 00:05

"Hindistandan Avropaya yükləri 7 günə daşımaq olar" - Cavid Qurbanov - FOTO

31 Mart 2017 00:05

Günün qoroskopu: problemlərin öhdəsindən gələ biləcəksiniz

31 Mart 2017 00:05

Bakıda 17 yaşlı qız özünü binadan yerə atdı

30 Mart 2017 23:57

Cənubi Koreyanın sabiq prezidenti saxlanılıb

30 Mart 2017 23:56

Dünyanın ən bahalı tualetləri - FOTOLAR

30 Mart 2017 23:53

Tənəffüs yolunu 3 addımla təmizləyin

30 Mart 2017 23:52

Bu surəni oxuyan üçün mələklər istiğfar edərlər

30 Mart 2017 23:47

Hafizəni İslam təbabəti ilə necə gücləndirək?

30 Mart 2017 23:42

Ailə cinayətinin arxasından “cin” çıxdı - FOTO

30 Mart 2017 23:37

Portağal xərçəngə qarşı dərmanlardan 10 qat daha təsirlidir

30 Mart 2017 23:37

Qadınların çadra geyməsinə icazə verilməyəcək -

30 Mart 2017 23:36

"Bakıda gəzmək daha təhlükəsizdir, nəinki..."

30 Mart 2017 23:32

Elza Seyidcahandan Fikrət Qocaya cavab: "Allah bizə səbr versin"

30 Mart 2017 23:32

Məşhur duanın mötəbər mənbəyi varmı?

30 Mart 2017 23:32

“Qarabağ” “Neftçi”nin yubileyini korladı - VİDEO

30 Mart 2017 23:28

Məşhur türk aktyorları nəyə yatırım edirlər? - FOTO

30 Mart 2017 23:27

Uşağınızda bu əlamətlər varsa... – DİQQƏT, YENİ VİRUS

30 Mart 2017 23:27

Dünyanın ən bahalı telefonları - FOTO

30 Mart 2017 23:22

Təbiətin canlanmasından ala biləcəyimiz 3 dərs

30 Mart 2017 23:22

Azərbaycan millisi növbəti dəfə Moldovaya gücünü göstərdi

30 Mart 2017 23:22

Qəbələdə kişi arvadını öldürdü

30 Mart 2017 23:19

Mənəvi təkamülə nail olmaq üçün ən səmərəli yol hansıdır?

30 Mart 2017 23:17

Cənubi Koreyanın sabiq prezidenti saxlanıldı

30 Mart 2017 23:13