Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycanda bu universitetdə kredit borcları ləğv edildi

Azərbaycanda bu universitetdə kredit borcları ləğv edildi

​Bayram günlərində kredit ödənilməsə... (16 Mart 2017 11:23)
Ölkələrin borcları 44 trilyon dollara çatacaq (27 Fevral 2017 17:13)
Azərbaycanda kredit sığortası sığortaçılara ciddi zərər yetirir (27 Fevral 2017 12:32)

Tarix: 26 Dekabr 2015 12:46

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) tələbələrini sevindirdi.

Universitetindən ANS PRESS-ə verilən məlumata görə, 2015/2016-cı tədris ilinin qış imtahan sesiyasının yekunu da nəzərə alınmaqla, akademik borcu olan tələbələr alt qruplara yazıldığı zaman götürdükləri kreditə görə nəzərdə tutulan təhsil haqqından azad edilib. Qərar Universitetin Elmi Şurasının iclasında qəbul edilib. Qərara əsasən, vəsait universitetin daxili imkanları hesabına ödəniləcək.

Bundan başqa ADİU elmi şuranın iclasında inzibati işçilərin ştat cədvəli müzakirə edilib və onların əmək haqlarının artırılması ilə bağlı qərar qəbul edilib.

Universitetdən bildiriblər ki, yeni ştat cədvəli layihəsinin təsdiqlənməsindən sonra inzibati, tədris köməkçi və xidmətedici heyətlər üzrə əmək haqqı 10 faiz artırılıb. Qərardan sonra 700-dən çox əməkdaşın vəzifə maaşında artım olub. Qərar müvafiq olaraq, universitetin şöbə, mərkəz və departamentlərində çalışan əməkdaşlara da şamil edilir.

Teqlər:  Azərbaycanda bu universitetdə kredit borcları ləğv edildi



RƏYLƏR


Top xəbərlər