Prezident üçün eksklüziv Apple MAC (VİDEO)

Prezident üçün eksklüziv Apple MAC (VİDEO)
15:46 26 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

"Apple" Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan üçün xüsusi noutbook istehsal edib. Kompüter MAC sinfinə məxsusdur.

ANS PRESS-in məlumatına görə, prezident admistrasiyasının fotoqrafı Yasin Bülbül sosial media hesabında Rəcəb Tayyib Ərdoğanın fotolarını paylaşıb. Şəkillərdə Ərdoğanın istifadə etdiyi "Apple" markalı komputer diqqət çəkib. Dövlət başçısının kompüterinin üzərində prezidentin imzası və prezidentlik embleminin işləndiyi aydın olub.


Prezident üçün xüsusi hazırlanan noutbuk

Prezident "Apple"nin texnoloji yeniliklərindən çox istifadə edir. Onun telefonu da məhz adıçəkilən şirkətə məxsusdur. Ərdoğan sentyabr ayında tanıtımı olan iPhone 6S modelindən istifadə edir.



Onun telefonu ötən gün də əlindən düşməyib. Cümə namazından qayıdarkən Boğaziçi körpüsündə intihar etmək istəyən şəxsi qurtaran Ərdoğan onun görüşəndə də telefonla danışıb.


Ərdoğan intihardan çəkindirdiyi kişi ilə danışır.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368241

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR