Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakının “Lokomotiv” voleybol klubunun yeni baş məşqçisi müəyyənləşib

Bakının “Lokomotiv” voleybol klubunun yeni baş məşqçisi müəyyənləşib

Date: 26 December 2015 16:23


Bakı, 26 dekabr, AZƏRTAC
Bakının “Lokomotiv” voleybol klubunda məşqçi dəyişikliyi olub. Çempionlar Liqasında ölkəmizi təmsil edən “Lokomotiv” italiyalı çalışdırıcı Fransua Salvagni ilə yollarını ayırıb. Buna səbəb komandanın ölkə birinciliyi və Çempionlar Liqasının son oyunlarda üzləşdiyi ardıcıl məğlubiyyətlər olub.
AZƏRTAC xəbər verir ki, italiyalı mütəxəssisi həmyerlisi, məşhur məşqçi Karlo Parisi əvəzləyib. Qırx beş yaşlı çalışdırıcı 2014-2015-ci illər mövsümündə gənclərdən qurduğu “Busto Arsizio Yamamay” klubunu Çempionlar Liqasının finalına çıxarıb. Bakı təmsilçisinin sükanı arxasına keçənədək təcrübəli mütəxəssis 11 il “Busto Arsizio Yamamay”da çalışıb. Həmçinin 2012-ci ilin fevralından Çexiya millisinə də başçılıq edir.

Tags:  Bakının Lokomotiv voleybol klubunun yeni baş məşqçisi müəyyənləşib


RƏYLƏR


Top news