Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dünya 2004-cü ildə baş verən sunaminin qurbanlarını anır

Dünya 2004-cü ildə baş verən sunaminin qurbanlarını anır

Date: 26 December 2015 17:58


Bakı, 26 dekabr, AZƏRTAC
Dekabrın 26-da dünya düz 11 il bundan əvvəl Hind Okeanında baş verən faciəvi sualtı zəlzələ və nəhəng sunami qurbanlarının xatirəsini yad edir.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində həlak olanların yaxınları Tailandın sunaminin zərbəsindən tamamilə dağılmış Ban Nam Kxem kəndində yerləşən memorial parka yığışıb. Burada müxtəlif konfessiya üzvləri üçün dini ayinlər keçirilib.
Xatırladaq ki, 2004-cü il dekabrın 26-da Hind Okeanında baş verən zəlzələ müasir tarixə ən dəhşətli təbii fəlakət kimi daxil olub. Zəlzələnin yaratdığı sunami təkcə Tailandın cənub kurortlarında 6 min insanın həyatına son qoymuşdu. Ümumilikdə isə hadisə nəticəsində 226 mindən çox insan həlak olmuş, on minlərlə insan itkin düşmüş, milyonlarla insan isə evsiz-eşiksiz qalmışdı.







Tags:  Dünya 2004-cü ildə baş verən sunaminin qurbanlarını anır


RƏYLƏR


Top news