Zarafata görə təyyarədən atıldılar

Zarafata görə təyyarədən atıldılar
18:01 26 Dekabr 2015
57 Digər
Ölkə mətbuatı
A- A+

Ukraynada gənclər yersiz zarafatlarının qurbanı olub.

ANS PRESS-in RİA Novosti-yə istinadən məlumatına görə, Kiyev-Paris aviareysi ilə uçan təyyarə mərakeşli gənclərin zarafatına görə bir müddət uçuşu dayandırmalı olub.

Belə ki, təyyarədə olan 3 gənc bir-birlərilə zarafat edərək terror təşkilatlarındakı dostları ilə münasibətləri barədə danışıb. Bu məlumata reaksiya verən təyyarənin heyət üzvləri dərhal reysi dayandıraraq gəncləri hüquq-mühafizə orqanlarına təhvil veriblər.

Araşdırma zamanı müəyyən edilib ki, onlar sadəcə zarafat ediblər. Amma bu zarafatlarına görə gənclər hələ yerli polis orqanlarına da açıqlama verməli olacaqlar.

Oxşar hadisə bu yaxınlarda Danimarkada yaşanmışdı. Burda isə müsəlman gənc zarafat etdiyinə görə yox, dua oxuduğuna və dini film izlədiyi üçün təyyarədən düşürülmüşdü. Hadisə dekabr ayında Parisdə baş verən terror hücumları nəticəsində Avropada yaranan təşviş ərəfəsində baş vermişdi.

İsveçdə bir yarışa qatıldıqdan sonra Danimarkanın paytaxtı Kopenhagendən "Air France" təyyarəsi ilə Parisə, oradan da ölkəsi Mərakeşə dönməyə çalışan 20 yaşlı gənc təyyarə qalxmazdan əvvəl dua etdiyi və dini bir film izləməyə başladığı üçün Kastrup hava limanında təyyarədən endirilmişdi. Gəncin bir sərnişinin şikayəti ilə kapitan tərəfindən təyyarədən çıxarıldığı bildirilmişdi.

Amma sonradan hava limanındakı polislər tərəfindən gəncin üzərindən və çantasından şübhəli heç nə aşkarlanmadığı üçün sərbəst buraxılmışdı.




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368251

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR