Zaqatala şəhərində bayram satış yarmarkası açılıb

Zaqatala şəhərində bayram satış yarmarkası açılıb
19:03 26 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+


Zaqatala, 26 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə dekabrın 26-da Zaqatala şəhərində bayram satış yarmarkası açılıb.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin təşəbbüsü ilə təşkil olunan yarmarka bayram ərəfəsində əhalinin ərzaq və kənd təsərrüfatı məhsullarına olan tələbatının daha dolğun ödənilməsi və süni qiymət artımının qarşısının alınması məqsədi daşıyır.
Yarmarkada satışa əsasən rayonda istehsal olunan ət və süd məhsulları, balıq, quş əti, yumurta, meyvə, tərəvəz, göyərti, bayram çərəzləri çıxarılıb. Məhsullar alıcılara bazardakından 10-20 faiz aşağı qiymətə təklif olunur. Məsələn, bazarda mal ətinin bir kiloqramının qiyməti 5 manat 50 qəpik-6 manatdırsa, yarmarkada 5 manata, qoyun ətinin kiloqramı isə bazardakından 1-2 manat ucuz qiymətə, yəni 5-6 manata satılır. Bazarda kiloqramı 4-6 manata satılan balıq yarmarkada növündən asılı olaraq 3-5 manata, “Zaqatala-broyler” MMC-nin istehsal etdiyi təzə toyuq ətinin kiloqramı bazardakından 40 qəpik ucuz qiymətə, yəni 2 manat 90 qəpiyə təklif olunur. Kartof, soğan, alma, nar, sitrus meyvələri və digər məhsullar da bazardakından ucuzdur.
Bayram satış yarmarkası növbəti günlərdə də davam edəcək.
 




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Zaqatala_seherinde_bayram_satis_yarmarkasi_achilib-914717

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR