Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
19:18 26 Dekabr 2015
42 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 26 dekabr, AZƏRTAC
Dekabrın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikası Qars vilayətinin valisi Günay Özdəmir, Ərdahan vilayətinin valisi Əhmət Dəniz və İqdır vilayətinin valisi Davut Haner ilə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qonaqları qarşıdan gələn Yeni il bayramı münasibətilə təbrik edən Ali Məclisin Sədri onları Naxçıvanda görməkdən məmnunluğunu bildirib. Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin yaxın vilayətləri arasında elm, təhsil, mədəniyyət və iqtisadi sahədə əlaqələrin yaxşı nəticələri olduğunu qeyd edib.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Ali Məclisin Sədrinə təbriklərini çatdıran İqdır vilayətinin valisi Davut Haner Naxçıvanın inkişafının onlarda xoş təəssürat yaratdığını diqqətə çatdırıb, əlaqələrin müxtəlif sahələr üzrə davam etdiriləcəyini bildirib.
Söhbət zamanı gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Nihat Ərşən görüşdə iştirak edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Naxchivan_Muxtar_Respublikasi_Ali_Meclisinde_gorus-914724

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR