Avropada atışma: ölən və yaralananlar var (FOTO)

Avropada atışma: ölən və yaralananlar var (FOTO)
21:01 26 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

Berlinin mərkəzi küçələrindən birində atışma olub.

ANS PRESS-in məlumatına görə, atışma nəticəsində ölən və yaralananlar var.

İlkin məlumata görə, naməlum silahlı adamlar Veddinq ərazisində insanlara hücum ediblər. Berlin polisi silahlı şəxslərin dörd kişiyə hücum etdiyini qeyd edib. Nəticədə, bir nəfər həlak olub. Polisin nümayəndəsinin bildirdiyinə görə, daha üç nəfər ağır yaralanıb. Onlar odlu silah və bıçaq yaralanmalarıyla xəstəxanaya yerləşdiriliblər. Hadisənin motivi hələ ki, bəlli deyil. Hazırda polis hadisə yerində araşdırma aparır.



Məlum olub ki, cinayətkarlar hadisə yerinə avtomobildə gəlib. Atışmadan sonra onlar dərhal qaçaraq gizləniblər. Onların axtarışı istiqamətində işlər aparılır.


Hadisə baş verən ərazi xəritədə

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368256

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR