Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Güləş üzrə Azərbaycan çempionatının ikinci günündə altı çəki dərəcəsində qaliblər müəyyənləşib

2 cüdoçumuz finalda (12 Mart 2017 15:48)
Azərbaycanın 2 cüdoçusu "Böyük Dəbilqə" turnirində finala yüksəlib (12 Mart 2017 15:47)
2 cüdoçumuz finalda (12 Mart 2017 15:37)

Tarix: 26 Dekabr 2015 21:13


Bakı, 26 dekabr, AZƏRTAC
Bakı İdman Sarayında böyüklər arasında güləş üzrə Azərbaycan çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, yarışın ikinci günündə 86, 97, 125 kiloqram çəki dərəcələrində sərbəst, 59, 66 və 71 kiloqram çəki dərəcələrində yunan-Roma güləşi üzrə 142 güləşçi mübarizə aparıb.
Sərbəst güləş yarışlarında Aleksandr Qostiyev (86 kq), Şərif Şərifov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) bütün rəqiblərindən üstün olaraq Azərbaycan çempionu adına layiq görülüblər.
Yunan-Roma güləşi yarışlarında isə Taleh Məmmədov (59 kq), Kamran Məmmədov (66 kq) və Həsən Əliyev (71 kq) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb və çempionatın qızıl medalına sahib olublar.
Hər çəki dərəcəsi üzrə ilk üç yeri tutacaq güləşçilər yığma komandanın heyətinə cəlb ediləcək, müvafiq diplom, medal, pul mükafatı və tam dəst idman geyimi ilə təltif olunacaqlar.

Teqlər:  Güləş üzrə Azərbaycan çempionatının ikinci günündə altı çəki dərəcəsində qaliblər müəyyənləşib



RƏYLƏR


Top xəbərlər