Dünyanın ən qəribə oteli (FOTO)

Dünyanın ən qəribə oteli (FOTO)
21:41 26 Dekabr 2015
104 Digər
Ölkə mətbuatı
A- A+

Dünyadakı çox saylı qeyri-adi mememrlıq nümunələri siyahısı böyüməkdə davam edir. Bu cür qeyri adilər siyahısını nə qədər istəsən uzatmaq olar. Bunlardan daha birinin əsası İsveçdə qoyulacaq.

Beləki, ANS PRESS-in məlumatına görə,İsveçin paytaxtı Stokholm ətrafında Xarads adlanan ərazidə “Tham + Videgard Hansson Arkitekter” studiyasının memarları tərəfindən ağac budaqları üzərində kiçik otelin layihəsi hazırlanıb.

Otelin konstruksiyası alüminium materialdan olmaqla ağacın gövdəsi üstündə yerləşdiriləcək. Fasadı isə işığı əks etdirən şüşədəndir.



Ağac üzərində otel.

Otel sakini otağına kəndir pilləkənlə qalxa bilər. İkinəfərlik nömrədə 2 nəfər üçün çarpayı, kiçik mətbəx, vanna otağı, hətta qonaq qəbul etmək üçün məkan da nəzərdə tutulub.

Bu cür qeyri-adi otellərdən biri dəHind okeanındakı Maldiv adalarında qurulub. Hər il yüzlərlə turistin marağına səbəb olan möhtəşəm otelin ecazkar su altı mənzərəyə sahib olmasıdır.



Dəniz altı otel - Maldiv adaları

Dubayda yerləşənBürc-əl-Ərəb oteli isə öz hündürlüyü və qeyri-adi memarlığı ilə diqqəti cəlb edir. Bu otel dünyanın ən hündür oteli elan edilib və görünüşcə hər hansısa kosmik obyekti və ya yelkəni xatırladır. Qeyd edək ki, otel 22 karatlıq xalis qızılla bəzədilib.



Burc-əl-Ərəb - Dubay




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=368243

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR