Kor insana görmə neməti necə qayıtdı?

Kor insana görmə neməti necə qayıtdı?
22:22 26 Dekabr 2015
45 Digər
Ölkə mətbuatı
A- A+

Uməş nəql edir: "Mədinədə qaradərili kor bir qadın gördüm ki, insanlara su verirdi və deyirdi: "Əli ibni Əbutalibin (ə) dostluğu iftixarı ilə için". Bir müddət sonra onu Məkkədə gördüm ki, insanlara su paylayır və deyirdi: "Əli ibni Əbutalibin (ə) dostluğu iftixarı ilə su için. O kəsin iftixarı ilə ki, görməyimi mənə qaytardı".
Milli.Az deyerler.org-a istinadən bildirir ki, yaxına getdim və görməyinin necə baş verdiyini ondan soruşdum.
Qadın dedi: "Bir gün bir kişi mənə dedi: "Ey kəniz! Sən Əli ibni Əbutalibin (ə) azad etdiyi və onun dostlarındansan?".
Dedim: "Bəli".
Dedi: "Allahım, əgər bu qadın düz deyirsə və Əli ibni Əbutalibə (ə) sevgisində sadiqdirsə, görməyini ona qaytar". Allaha and olsun ki, bu duadan sonra görməyə başladım. Allah görmə nemətini mənə qaytardı. Həmin kişiyə dedim: "Sən kimsən?".
Dedi: "Mən - Xızıram. Mən - Əlinin (ə) davamçısıyam"". 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/393121.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR