“Qarşıdakı il İraq iqtisadiyyatı kiçilmədən çökəcək.” ANS PRESS-in məlumatına görə, bu sözləri İraq parlamenti İqtisadiyyat komissiyasının üzvü Əhməd əl-Hac deyib. Əl-Hac 2016-cı il üçün ölkə iqtisadiyyatının çöküşün astanasında olması barədə xəbərdarlıq edib.
“Neft və digər gəlirlər, 2016-cı il üçün nəzərdə tutulmuş büdcənin ancaq ¼-ni qarşılayır. Büdcədə planlaşdırılan və neftin barel qiymətinin 45 dollardan yuxarı hesablanaraq nəzərdə tutulduğu 71 milyard dollarlıq ixracat mümkünsüz görünür.”
Hökumət nümayəndəsi neftin barel qiymətinin hətta 1 dollar ucuzlaşmçasının büdcədə 1 milyard dollar kəsirə səbəb olacağını bildirib. “Qarşıdakı ilədə İraq iqtisadiyyatı kiçilmədən çöküşə doğru gedəcək. İndiki neft qiyməti büdcənin ancaq 25%-ni qarşılayacaq.”
Bir müddət əvvəl İraq parlamentində 2016-cı ilin 90 milyard dollarlıq büdcəsi səs çoxluğu8 ilə qəbul edilmişdi. Məclisdə təsdiq olunan büdcədə 21 milyard dolllarlıqü kəsir var. İraq gəlirlərinin 90%-ni qarşılayan neftin ucuzlaşması ölkəni iqtisadi böhrana aparır.