Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İngiltərədə daşqınlar 10 minə yaxın evi elektriksiz qoyub

Daşqınlar 72 can aldı (19 Mart 2017 01:29)
Peruda 62 nəfər ölüb (17 Mart 2017 08:17)
Peruda güclü daşqın: xeyli sayda ölən və itkin düşən var (17 Mart 2017 02:48)

Tarix: 27 Dekabr 2015 08:03


London, 27 dekabr, AZƏRTAC 
İngiltərənin şimal bölgəsində güclü daşqınlar baş verib.
Təbii fəlakət nəticəsində 10 minə yaxın ev elektriksiz qalıb. Lankasşayr və Yorkşayr şəhərlərində 2,2 min evdən sakinlər təxliyyə edilib.
Mütəxəssislər hadisəni “Britaniyada heç kəsin indiyə qədər görmədiyi sel” adlandırıblar. Britaniya Meteorologiya departamentindən əhaliyə həyati təhlükə törədə biləcək daha 6 daşqınla bağlı xəbərdarlıq edilib.
Britaniyanın baş naziri Devid Kameron bazar ertəsi hadisə ilə bağlı fövqəladə iclas keçirəcək.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London

Teqlər:  İngiltərədə daşqınlar 10 minə yaxın evi elektriksiz qoyub



RƏYLƏR


Top xəbərlər