Yeni ildə “Hesab.az” portalında yeniliklər gözlənilir

Yeni ildə “Hesab.az” portalında yeniliklər gözlənilir
08:48 27 Dekabr 2015
63 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 27 dekabr, AZƏRTAC
Yeni ilin əvvəlində Azərbaycanın onlayn ödəmələr şirkəti “GoldenPay”a məxsus “Hesab.az”ın yeni logosu və yeni interfeysi istifadəçilərə təqdim olunacaq. Mart ayında isə portalda tamamilə yenilənmiş mobil tətbiqetmələrin istifadəyə verilməsi planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, “GoldenPay” marketinq departamentinin direktoru Qiyas Hüseyn yeni istifadəçilərin cəlb edilməsi və mövcud müştərilərin loyallığının artırılması istiqamətində daimi kampaniyalar keçiriləcəyini bildirərək deyib: “Ödənişlər müqabilində verilən hədiyyələrin dəyərinin artırılması üçün də işlərə başlamışıq. Növbəti ildən partnyor şirkətlərin məhsullarını və ya xidmətlərini istifadəçilərimizə təqdim edəcəyik”.
Yaradılmış yeni funksiyalardan biri də kart məlumatlarının yaddaşda saxlanılmasıdır. “Hesab.az” istifadəçisi “Şəxsi kabinet”ində ödəniş etdiyi plastik kartın məlumatlarını yaddaşa köçürür və bundan sonra ödəniş zamanı kart məlumatlarını qeyd etməyə vaxt itirmir. Hətta plastik kartı yanında olmadıqda belə, rahat ödəniş edə bilir.
“GoldenPay” təqdim etdiyi xidmətlərin çoxluğu ilə yanaşı, beynəlxalq elektron təhlükəsizlik standartlarına cavab verən müasir texniki sistemə malikdir. Bu da ona istifadəçilərinin etibarını qazandırıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yeni_ilde_Hesabaz_portalinda_yenilikler_gozlenilir-914759

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR