Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Həyat yoldaşından aşıq Zülfiyyəyə qısqanclıq qadağası - FOTO

Həyat yoldaşından aşıq Zülfiyyəyə qısqanclıq qadağası - FOTO

Date: 27 December 2015 11:47

Xəzər televiziyasının "Evdəkilərə salam" verilişi bu dəfə aşıq Zülfiyyənin evində qonaq olub. 

Verilişin aparıcısı Aytəkin Mərdanova gecce.az-a bildirib ki, aşıq Zülfiyyə körpə nəvəsi, oğlu ilə kamera önünə keçib. O, həm atası evində, həm də ailə qurandan sonra həyat yoldaşının ona qoyduğu qadağalardan danışıb:

"Atam səhnəyə ilk addımlarımı atanda şərt qoydu ki, "əgər səhnənin işıqları gözünü "qamaşdıracaqsa", bəri başdan geri çəkil. Ədəb-ərkanla olacaqsansa, sənətinə davam elə". Atamın üzünü ağ elədim. Ailə qurandan sonra eyni təpkini həyat yoldaşımdan gördüm. Qısqanclıqdan qadağalar qoyurdu. Onun dediyini iki eləmirdim. Bu günə qədər bizim evdə son sözü həyat yoldaşım deyir. Əgər deyirsə filan yerə getmə, getmirəm".

Söhbətinə mətbəxdə davam edən aşıq Zülfiyyə dadlı təamlar hazırlayıb. Söhbətə Zülfiyyə xanımın sənətçi oğlu da qoşulub. Zülfiyyə xanım hələ bir yaşı tamam olmayan nəvəsini də "Evdəkilərə salam"ın tamaşaçılarına göstərib". 

Milli.Az













Tags:  Həyat yoldaşından aşıq Zülfiyyəyə qısqanclıq qadağası FOTO


RƏYLƏR


Top news