Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Şəhərin mərkəzində 13 maşını yandırdılar - FOTO

Şəhərin mərkəzində 13 maşını yandırdılar - FOTO

Date: 27 December 2015 13:05

İstanbulun Zeytinburnu və Şişli adlanan hissələrində naməlum şəxslər avtomobilləri yandırıblar. Lent.az Cihan xəbər agentliyinə istinadən məlumat verir ki, avtomobillərin yandırılmasına yerli vaxtla saat 01-dən etibarən başlanılıb. Naməlum şəxslər yol kənarında parkinq edilmiş 13 avtomobilin üstünə benzin töküb və dərhal hadisə yerindən uzaqlaşıblar. Dərhal olay yerinə yanğınsöndürənlər və polis qüvvələri gəliblər, ətrafda təhlükəsizlik tədbirləri gücləndirilib.
 
İlkin araşdırmalar nəticəsində 5 avtomobilin tamamilə yandığı, digərlərinin isə qismən yandığı müəyyən edilib.
 
İctimai asayişi pozaraq insanların əmlakına qəsd edənlərin tapılması istiqamətində iş aparılır.

Milli.Az




Tags:  Şəhərin mərkəzində 13 maşını yandırdılar FOTO


RƏYLƏR


Top news