Silah satışından milyardlar qazananlar

Silah satışından milyardlar qazananlar
13:22 27 Dekabr 2015
87 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Konqresi yanında Təhqiqat Xidməti ölkələrin 2014-cü ildə silah ixracatına dair hesabatını açıqlayıb.

APA-nın "The New York Times" nəşrinə istinadən verdiyi məlumata görə, ixracatçı ölkələrin siyahısına ABŞ başçılıq edir.

ABŞ 2014-cü ildə silah ixracatından gələn gəlirini təqribən 10 milyard dollar artıraraq 36,2 milyard dollara çatdırıb (2013-cü ildə 26,7 milyard dollar).

Gəlirin artmasına Qətər, Səudiyyə Ərəbistanı və Cənubi Koreya ilə imzalanmış iri müqavilələr səbəb olub. ABŞ bu göstərici ilə dünya silah bazarının 50 faizinə nəzarət edir.

Siyahıda ikinci yerdə Rusiya Federasiyası gəlir. Şimal qonşumuz 2014-cü ildə silah satışından 10,2 milyard dollar gəlir əldə edib (2013-cü ildə 10,3 milyard dollar).

Üçüncü yerdə İsveç (5,5 milyard dollar), dördüncü yerdə Fransa (4,4 milyard dollar), beşinci yerdə isə Çin gəlir (2,2 milyard dollar).

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/393436.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR