Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Xalq şairi: "Pulum olmayanda…"

Date: 27 December 2015 15:22

"Təzə çıxan bəstəkarlarla yoldaşlıq eləmirəm. Çünki mənim etibar etdiyim və tandemim alınan bəstəkarlar olub. Onların çoxu rəhmətə gedib, sağ olanlarla da dostluq edirəm. Mahnı elədir ki, orada əsas iki nəfərin - bəstəkar və şairin ruhu üst-üstə düşməlidir. Müğənni sonda gəlir. Ruhuma yaxın bilmədiyim bəstəkarlarla yaxınlıq etməmişəm".

Publika.az-a açıqlama verən xalq yazıçısı Fikrət Qoca sözlərinə yazılmış musiqilərdən danışarkən belə deyib.
 
Şair ruhuna yaxın olan bəstəkarların adlarını da sadalayıb:
 
"Ramiz Mirişli, Tofiq Quliyev, Vasif Adıgözəlov dünyasını dəyişib, sağ qalanlardan isə Xəyyam Mirzəzadə,  Arif Məlikov, Rühəngiz Qasımova kimi bəstəkarlar sözlərimə gözəl melodiyalar bəstələyiblər. Bu gün də o mahnılar dillər əzbəridir. Çünki seçimi düzgün etmişəm. Elə bəstəkarlar olub ki, mənim sözlərimə mahnı bəstələmək istəyiblər, razılıq verməmişəm. Onu da deyim ki, həmişə mahnılarımı bağışlamışam, buna görə heç bir bəstəkardan pul almamışam. Çünki pulum olmayanda daha gözəl şeirlər yazmışam".

Milli.Az


Tags:  Xalq şairi Pulum olmayanda


RƏYLƏR


Top news