​Azərbaycanın Əfqanıstanla 3 istiqamətdəki əməkdaşlığı...

15:27 27 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 27 dekabr. REPORT.AZ/ Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani dekabrın 22-də Azərbaycana rəsmi səfər etdi. O prezident İlham Əliyevlə görüş zamanı bildirdi ki, Azərbaycanla Əfqanıstan dost ölkələrdir və bu dostluq tarixə və ölkələrimizin bugünkü birgə maraqlarına əsaslanır. Əfqanıstan prezidenti ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana dəstək verdiyini də xatırlatdı.
Əfqanıstan prezidenti haqlıdır. Yaxın və uzaq tariximiz Azərbaycanla Əfqanıstan arasındakı əlaqələrdən xəbər verir. Azərbaycanlılar heç zaman əfqanların problemlərinə biganə yanaşmayıblar, hər zaman dost əli uzadıblar. Əfqanıstan hazırda ağır günlərini yaşayır. Bir tərəfdən bu dövlət "Taliban" terrorçu qruplaşması ilə savaşır, digər tərəfdən kasıbçılıqdan qurtulmağın yollarını axtarır. Hər iki problemin həllində Əfqanıstanın kənar dəstəyə ehtiyacı var.
Əfqanıstan əsas hərbi və maliyyə dəstəyini NATO ölkələrindən alır. ABŞ və Avropa Birliyi ölkələri həm "Taliban"la savaşda, həm də iqtisadi layihələrin həyata keçirilməsində Kabilə əməli yardımlar edirlər. Əfqanıstanın digər ən böyük problemi narkotik mənşəli bitkilərin becərilməsi və gizli yollarla müxtəlif ölkələrə çatdırılmasıdır. Əfqanıstan hakimiyyəti bu bəladan da yaxa qurtarmaq istəyir, ancaq bu problemin həllində də Kabilin kənar dəstəyə ehtiyacı var. Çünki, narkotik mənşəli bitkilərin becərilməsi ilə məşğul olan kəndlilərə, onların kənd təssərrüfatı ilə məşğuliyyətlərini təmin etmək üçün gərəkli subsidiyalar ayrılmalıdır. Buna isə Əfqanıstan dövlətinin gücü çatmır.
Azərbaycan Əfqanıstana 3 istiqamətdə yardım edir:
Birinci istiqamət hərbi sahəni əhatə edir. Azərbaycan hərbçiləri NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində iştirak edirlər. Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası xidmətə 20 noyabr 2002-ci il tarixdən başlayıb. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin 94 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandakı missiyada iştirak edir. NATO ölkələri ilə yanaşı müsəlman ölkənin hərbçilərinin Əfqanıstanda xidməti Kabil üçün xüsusi əhəmiyyət daşıyır.
İkinci istiqamət iqtisadi əlaqələrdir. Aydındır ki, Əfqanıstanın indiki vəziyyətində Azərbaycanla bu ölkənin xüsusi iqtisadi layihələrindən və ticarət əlaqələrinin sıçrayışından danışmaq çətindir. Buna baxmayaraq, İlham Əliyev Azərbaycanın həm dövlət, həm də özəl şirkətlərinin Əfqanıstana investisiya yatırmağa və əməkdaşlığın bu iqtisadi komponentini gücləndirməyə hazır olduğunu bildirib. Bu bütün risklərə rəğmən, Azərbaycanın xoş niyyətindən xəbər verir. Azərbaycan Əfqanıstanın müxtəlif sahələrinə ianələr ayırır. Məsələn, 2017-ci ilin sonuna qədər Azərbaycan Əfqanıstan ordusunun modernləşdirilməsi üçün 2 milyon avro ayıracaq. Bunun 1 milyonu artıq Əfqanıstana verilib. Azərbaycan ayrıca, Əfqanıstanın təhsil və təlim, infrastruktur və nəqliyyatının inkişafına da zaman-zaman maliyyə yardımları ayırır.
Üçüncü istiqamət Əfqanıstanın dövlət strukturlarında çalışan işçilərə Azərbaycanda müxtəlif sahələr üzrə təlimlərin keçirilməsidir. Bu təlimlər Azərbaycan Xarici İşlər Nazirliyindən tutmuş Diplomatiya Akademiyası və müxtəlif nazirliklərə qədər stukturları əhatə edir. Əfqanıstan dünyanın ən çox minalanmış ölkələrdən biri sayılır. Bu sahədə də əfqan mütəxəsisslərə Bakıda müvafiq kurslar təşkil edilir.
Azərbaycanın Əfqanıstanla sıx əlaqələri, bu ölkədə hərbi iştirakı, ianələri və əfqanlara təşkil etdiyi kurslar Vaşinqtonla Brüsselin də maraqlarına cavab verir. Çünki, Əfqanıstanda sabitliyin bərqərar olması Vaşinqton və Brüssel üçün Suriya və İraqdakı müharibələrin sona çatması qədər vacibdir.
Zəif Əfqanıstan həm bölgədə qeyri-sabitlik mənbəyi, həm ucuz narkotik maddələrin bütün qitələrə yayılması, həm də "Taliban" terrorçularının bölgədə güclənməsi deməkdir. Bu baş verməsin deyə Vaşinqton və Brüssel Əfqanıstanın hazırkı iqtidarını hər yolla dəstəkləyir. Odur ki, Vaşinqton və Brüssel mümkün qədər çox dövlətin Əfqanıstana əməli yardım etməsini istəyir. Azərbaycan isə bu siyahıda heç də son sıralarda yer almayıb.
Elxan Şahinoğlu, xüsusi olaraq “Report” üçün

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Lavrov: “Şimali Koreyanın iqtisadi boğulmasını dəstəkləmirik”

16 Avqust 2017 17:08

İstanbulda terror aktı törətmək istəyən 5 nəfər tutulub

16 Avqust 2017 17:07

Prezident onları təltif etdi - SİYAHI

16 Avqust 2017 16:58

Məşhur aktrisanın bikinidə şəkilləri ORTAYA ÇIXDI - FOTO

16 Avqust 2017 16:58

DSX-nın əməkdaşları təltif edildi - SİYAHI

16 Avqust 2017 16:54

Almaniya millisinin Azərbaycan yığmasına iki qol vuran futbolçusu sıradan çıxıb

16 Avqust 2017 16:52

Londonda hava limanında partlayış

16 Avqust 2017 16:49

Silahlı qruplaşmalar arasında qarşıdurma

16 Avqust 2017 16:47

Kopenhagendə bizi nə gözləyir? - ŞƏRHÇİLƏR DANIŞIR

16 Avqust 2017 16:43

Cəbhədə yanğınlar səngimək bilmir

16 Avqust 2017 16:42

Trampdan Rusiyanın qonşularına SÜRPRİZ

16 Avqust 2017 16:38

Azərbaycanda banklararası valyuta kreditləri bahalaşıb

16 Avqust 2017 16:37

“Samsung” daxili alkotesterə malik ilk smartfon hazırlayır

16 Avqust 2017 16:35

Bakıda inanılmaz olay: hamının gözü qarşısında özünü...

16 Avqust 2017 16:34

Prezident İlham Əliyev yeni sərəncam imzaladı

16 Avqust 2017 16:33

Bakı ehtiyatda olan veteran və zabitlərin regional mərkəzi olacaq

16 Avqust 2017 16:29

İstanbul qana boyanacaqdı - İŞİD-in PLANI

16 Avqust 2017 16:28

Prezident İlham Əliyev DSX-nin bir qrup hərbi qulluqçusu və mülki işçisini təltif edib

16 Avqust 2017 16:27

DSX-nin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adlar verilib

16 Avqust 2017 16:27

Novruzun durumuna aydınlıq gəldi

16 Avqust 2017 16:27

Sərdar Ortaç Manafın mahnısı paylaşıdı: “Bir çoxları ağız büzür”

16 Avqust 2017 16:24

Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə nəql 6% artıb

16 Avqust 2017 16:22

Bakı bulvarında dəhşətli hadisə

16 Avqust 2017 16:20

Rihanna haqqında ŞOK FAKTLAR – “Ağzı qanlı-qanlı üzümə tüpürdü”

16 Avqust 2017 16:18

Binəqədi, Mehdiabad və Novxanıda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına dörd milyon manat ayrılıb

16 Avqust 2017 16:17

Məmmədov ÇL-in pley-off matçına təyinat aldı

16 Avqust 2017 16:17

Prezident "Azərsu"ya 4 milyon manat ayırdı

16 Avqust 2017 16:13

Useyn Bolt “Mançester Yunayted”in heyətində “Barselona”ya qarşı oynaya bilər

16 Avqust 2017 16:12

Ana hər kəsin gözü önündə oğluna kəllə atdı

16 Avqust 2017 16:10

“Öz meydanımızda “Qarabağ”a qalib gələcəyik” - Uroş Matiç

16 Avqust 2017 16:09

Obama tvitter tarixində ilkə imza atdı - 3.1 milyon...

16 Avqust 2017 16:08

AMEA-nın alimləri Xəzərin Xərə Zirə adasında elmi tədqiqatlar aparıblar

16 Avqust 2017 16:07

Məşhur ŞOUMEN

16 Avqust 2017 16:00

Dil qüsuru olan TV aparıcıları - Onları siz də TANIYIN

16 Avqust 2017 15:58

"Qarabağ"ın zəfəri Türkiyə televiziyasında müzakirə olundu - VİDEO

16 Avqust 2017 15:57

“Müğənni qızı evinə gəlin gətirən bilir ki..." - Samiradan maraqlı açıqlamalar

16 Avqust 2017 15:54

Hava limanında partlayış

16 Avqust 2017 15:50

Bakıda qadın bina evində 70 it saxlayır – VİDEO

16 Avqust 2017 15:48

UEFA "Qarabağ"ın Çempionlar Liqasından qazanacağı vəsaiti açıqlayıb

16 Avqust 2017 15:47

Bioloji Təbabətdə onkoloji xəstəliklərin müalicəsi

16 Avqust 2017 15:43

Ağstafada xeyli sayda silah-sursat tapılıb

16 Avqust 2017 15:39

Palıd ağacı aşdı: 11 ölü - DƏHŞƏTLİ VİDEO

16 Avqust 2017 15:38

2020-ci ildə bulud bazarının həcmi 200 milyard dolları ötəcək

16 Avqust 2017 15:35

AMB-nin notlarına üçqat tələb olub

16 Avqust 2017 15:32

Ermənistan ordusunda kütləvi intiharlar

16 Avqust 2017 15:32

Günay İbrahimli və Günel Hümbətova 8 il öncə... – FOTO

16 Avqust 2017 15:23

Qadın güləşi üzrə Azərbaycan milli komandasının baş məşqçisi ilə əməkdaşlığa son verilib

16 Avqust 2017 15:22

"Piylənmədən əziyyət çəkən uşaqların sayı artır"

16 Avqust 2017 15:20

İsrailli nazir: "Knessetin qondarma "erməni soyqırımı"nı tanımasına ehtimal azdır"

16 Avqust 2017 15:17

Ronaldo "qırmızı"ya görə cəza almayacaq

16 Avqust 2017 15:17