Müsəlmanlar İŞİD liderini ələ saldılar

17:42 27 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+

"İslam dövləti"nin lideri Əbubəkr Əl-Bağdadinin hamıya tezliklə terrorçu qruplaşmanın sıralarına qoşulmaq çağırışı dünya müsəlmanları tərəfindən istehza ilə qarşılanıb. 

Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, İyad əl-Bağdadi terrorçuların liderinin mesajını tərcümə edərək özünün Twitter-dəki mikrobloqunda yayandan sonra yüzlərlə müsəlman bu çağırışa lağ edib.  

Beləliklə, onlar İŞİD-ə qarşı etirazlarını və sülh dolu bir dinə ibadət etdiklərini bildiriblər. 

"Bazar günü "Ulduz müharibələri"nə baxacam, bəlkə, sonra..." - @my69cents təxəllüslü istifadəçi yazıb. 

Mohamed Djingo @TheDjingo

Sorry, I am busy watching Netflix. https://twitter.com/iyad_elbaghdadi/status/680776223606333440 ...

"Bağışlayın, Netflix kanalına baxıram, məşğulam", - @TheDjingo yazıb.

"Başımı yuyuram", - @falafelandchips təxəllüslü qadın istifadəçi bildirib. 

"İD, bağışlayın. Bu müsəlman təzə oyanıb, qəhvəyə ehtiyacı var. Üstəlik, bu gün Milada görə istirahətdəyik, ailəyə vaxt ayırmaq zamanıdır. Cəhənnəm ol!" -  @SalmanSoz cavab verib. 

"Qaqa, qabları yumalıyam", - @RasheedAB yazıb.

Iyad El-Baghdadi @iyad_elbaghdadi

ISIS leaders: We urgently call upon every Muslim to join the fight, especially those in the land of the two shrines (Saudi Arabia), rise.

 Читать
RasheedAB @RasheedAB

@iyad_elbaghdadi gotta do the dishes bruv

  •  
  •  55 Ретвитов
  •  
  •  1616 отметок "Нравится"

"A kişi, imtahan gəlir e", -  @Aly_Ashraf bildirib. 

"Deyirsiniz, sizə qoşulmalıyam, amma "Lester Siti"nin (İngiltərənin futbol klubu - red.) Liqa çempionu olmasını görməməliyəm? Həyatda olmaz!  -  @anjum_meer hiddətlənib.

"Bağışlayasan, komandir, həkimə gedəsiyəm", - @mark_ignatius cavab verib.

"Tviti çox gec gördüm. Bəlkə, gələn həftə?" - @documaraftab sual edib.

Iyad El-Baghdadi @iyad_elbaghdadi

ISIS leaders: We urgently call upon every Muslim to join the fight, especially those in the land of the two shrines (Saudi Arabia), rise.

 Читать
Umar Aftab Butt @documaraftab

@iyad_elbaghdadi sorry. Saw the tweet late. Next week, maybe?

  •  
  •  Ретвитов
  •  
  •  отметок "Нравится"

"Hinduşkadan o qədər yemişəm ki, tərpənə bilmirəm. Bəlkə, fevrala qalsın?" - @SteveSteveblog zarafat edib.

"Bağışlayın, uşaqlar. Milad həftəsidir, bütün reyslərə yerlər dolub", - @HelloGeorgeN yazıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/393470.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR