İtkin düşmüş neftçinin meyiti Bakıya gətirilib

İtkin düşmüş neftçinin meyiti Bakıya gətirilib
22:58 27 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 27 dekabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin meyiti Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumat daxil olduqdan dərhal sonra cəsədin gətirilməsi üçün Türkmənistana yola düşən FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi geri qayıdıb. Neftçi Qasımov İman Şura oğlunun cəsədi respublikaya gətirilib və aidiyyatı üzrə təhvil verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Itkin_dusmus_neftchinin_meyiti_Bakiya_getirilib-914810

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR