Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Britaniyanı su basdı - FOTO

Britaniyanı su basdı - FOTO

Date: 28 December 2015 07:12

Britaniyada xilasedicilər və ordu York şəhərində yüzlərlə insanı daşqından qurtarmağa çalışır.
Milli.Az BBC-yə istinadən bildirir ki, Yorkda Ouse və Foss çaylarının yaxınlığındakı təxminən 3500 mülk su altında qala bilər.
İngiltərə, Uels və Şotlandiyada yüzlərlə daşqın xəbərdarlığı verilib, onlardan iyirmisinin "həyat riski" var.
Baş nazir Devid Kameron daşqınları "görünməmiş" adlandırıb.
Hökümət bu ərazilərə xilasetmə işlərinə yardım üçün əlavə 500 nəfərlik ordu göndərib.
400 əsgər isə bundan əvvəl Cumbria, Lancashire və Yorkshiredə xilasetmə işlərinə qoşulub.
Rəsmilər deyib ki, təkcə Yorkshiredəki xilasetmə işləri üçün 1500 nəfər lazım ola bilər.
Daşqınların səbəbi, həddən artıq yağıntının düşməsi nəticəsində çayların daşmasıdır.
Baş nazir Devid Kameron bazar ertəsi daşqından zərər çəkmiş ərazilərə səyahət etməlidir.
Milli.Az
























Tags:  Britaniyanı su basdı FOTO


RƏYLƏR


Top news