Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Manat və neft yenə ucuzlaşır

Manat və neft yenə ucuzlaşır

Date: 28 December 2015 07:47

Dünya birjaları ilin son həftəsinə cüzi ucuzlaşmalarla başlayıb.
Milli.Az anspress-ə istinadən bildirir ki, hazırda bazarlarda "Brent" markalı neftin qiyməti son göstəricilərə nisbətən ucuzlaşaraq 37.82 dollara düşüb.

"Texas" neftinin "Brent" qarşısındakı üstünlüyü davam etsə də bu markada da ucuzlaşma olub. Belə ki, birjalarda "Texas" (WTI) markalı neftin bir bareli 37.95 dollar olaraq müəyyənləşib.

"AzəriLayt" markalı neftin bir barelinin qiyməti isə ötən həftənin son günü 0.58 dollar bahalaşaraq 38,05 dollar təşkil edib.

Əmtəə birjalarında da qiymətlərdə müxtəlif istiqamətlərdə dəyişikliklər müşahidə olunur. Qızılın qiyməti cüzi ucuzlaşma ilə 1 qramı 34,56 dollar olub. Gümüşün qiyməti isə bahalaşaraq 1 qram üçün 0.46 dollar müəyyənləşib.

Milli valyutamız olan manatın məzənnəsi euro və dollar qarşısında öz dəyərini itirməyə davam edir. Mərkəzi bankın üzən məzənnəyə keçid haqqında verdiyi qərardan sonra dollarda 50 faizə yaxın bahalaşma qeydə alınıb. Ötən gün Bakıda "qara bazarda" 1 ABŞ dolları hətta 2 manata təklif olunub. Azərbaycan Mərkəzi Bankının ötən həftənin son gününə olan rəsmi məzənnəsi isə belədir: 1 Dollar - 1.5540 AZN, 1 euro 1.7043 AZN, 1 rubl 0.0221 AZN.

Milli.Az


Tags:  Manat neft yenə ucuzlaşır


RƏYLƏR


Top news