Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyədə hərbi maşın karvanına hücum: 3 əsgəri şəhid oldu

Türkiyədə hərbi maşın karvanına hücum: 3 əsgəri şəhid oldu

Date: 28 December 2015 10:57

Türkiyənin Şırnaq vilayətinin Cizrə rayonunda PKK terrorçularının hərbi maşın karvanına hücumu nəticəsində 3 əsgər şəhid olub, 1 əsgər və 1 polis əməkdaşı ağır yaralanıb.

APA-nın yerli mətbuata istinadən verdiyi xəbərə görə, terrorçuların yola döşədiyi partlayıcı qurğu zirehli avtomobillər keçərkən işə salınıb. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının yaydığı açıqlamada bildirilir ki, bölgədə terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyatlar davam edir. Bu çərçivədə bölgəyə gedən zirehli maşına hücum olub və nəticədə 3 hərbçi şəhid olub, 2 nəfər yaralanıb.

Milli.Az


Tags:  Türkiyədə hərbi maşın karvanına hücum əsgəri şəhid oldu


RƏYLƏR


Top news