Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nardaran qəsəbəsinin Abşeron küçəsi yenidən qurulur VİDEO

Nardaran qəsəbəsinin Abşeron küçəsi yenidən qurulur   VİDEO

Date: 28 December 2015 11:03


Bakı, 28 dekabr, AZƏRTAC 
“Azəryolservis” ASC tərəfindən Bakının Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial – mədəni infrastrukturun yenilənməsi və qəsəbənin sosial problemlərinin həlli məqsədi ilə işlər davam etdirilir.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə ilkin olaraq qəsəbənin Abşeron küçəsinin yenidən qurulması işləri aparılır.
Uzunluğu 2220 metr, eni isə 8 metr təşkil edən yolun genişləndirilərək 18 metrə çatdırılması nəzərdə tutulub. Hazırda bu məqsədlə söküntü işləri aparılır. Söküntü aparılan hissələrdə yeni hasar tikilir və yol yatağı bərkidilir.
Paralel olaraq küçə boyu yeraltı kommunikasiya xətlərinin çəkilişi də həyata keçirilir. Sözügedən küçədə kompleks şəkildə görülən işlər gələcəkdə yolun hərəkət hissəsinin vaxtından əvvəl sıradan çıxmasını sığortalamış olacaq.
Abşeron küçəsinin yenidən qurulması layihəsinə uyğun olaraq nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədi ilə Abşeron küçəsi hər biri 3,5 metr enində olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Piyadaların da rahatlığı nəzərə alınaraq, hər iki istiqamət üzrə yolun kənarlarında 1,25 metr enində səkilər tikiləcək, 4500 paqonmetr səki daşı düzüləcək. Həmçinin 40 min kvadratmetr sahəyə yeni asfalt-beton örtüyü döşənəcək, işıqlandırma sistemləri qurulacaq.
Analoji işlərin qəsəbənin Nəsrulla Əsgərov küçəsində də aparılması nəzərdə tutulub. Uzunluğu 780 metr, eni isə 6 metr olan bu küçənin də genişləndirilərək 14 metrə çatdırılması planlaşdırılır. Layihəyə uyğun olaraq küçə hər biri 3 metr enində və 4 hərəkət zolağından ibarət olacaq.
Piyadaların rahat və təhlükəsiz hərəkəti üçün hər iki istiqamət üzrə yolun kənarlarında 1metr enində səkilər tikiləcək, 1500 paqonmetr səki daşı düzüləcək. Eyni zamanda, 11 min kvadratmetr sahəyə yeni asfalt-beton örtüyü döşənəcək, işıqlandırma sistemləri qurulacaq.
Yenidənqurma işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.





Tags:  Nardaran qəsəbəsinin Abşeron küçəsi yenidən qurulur VİDEO


RƏYLƏR


Top news