Dünən meyiti aşkar edilərək Bakıya gətirilən neftçi İman Qasımov bu saatlarda dəfn edilir.
Trend-in məlumatına görə, mərhum Lökbatan qəbristanlığında torpağa tapşırılır.
Xatırladaq ki, "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşmüş neftçinin meyiti dünən Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib.
Milli.Az