Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İqtisad Universitetinin kollektivi qocalar evini ziyarət edib

Date: 28 December 2015 12:48


Bakı, 28 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) kollektivi və tələbələri ilin son istirahət gününü Bakının Bilgəh qəsəbəsindəki Müharibə və əmək əlilləri üçün pansionatında (Qocalar evi) ahıllarla birlikdə keçirib.
ADİU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə universitetin rektoru, professor Ədalət Muradov ahılları 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib.
Universitetin Yaradıcılıq Mərkəzinin üzvləri pansionat sakinləri üçün, pansionatın özfəaliyyət dərnəyinin üzvləri isə tələbələr üçün mahnılar oxuyub, musiqilər səsləndiriblər. Ahıllar ADİU-nun əməkdaşlarını və tələbələri özlərinin əl işləri ilə tanış ediblər.
Sonda ahıllar tədbirin təşkilatçılarına minnətdarlığını bildirib, tələbələrə təhsildə uğurlar arzulayıblar.

Tags:  İqtisad Universitetinin kollektivi qocalar evini ziyarət edib


RƏYLƏR


Top news