Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Putin Merkelə uduzdu

Putin Merkelə uduzdu

Date: 28 December 2015 13:17

Fransanın Agence France-Presse (AFP) informasiya agentliyi 2015-ci ilin ən nüfuzlu şəxsini seçib. Bu ada Almaniya kansleri Angela Merkel layiq bilinib.

Milli.Az AFP-yə istinadən bildirir ki, ötənilki reytinqə başçılıq etmiş Rusiya prezidenti Vladimir Putin bu dəfə 2-ci yeri tutub.

Roma Papası 1-ci Fransisk 3-cü, 2015-ci ildə bir neçə terakta məruz qalmış parislilər 4-cü, İŞİD lideri Əbubəkir Bağdadi 5-ci, 70 yaşlı myanmalı siyasətçi Aun San Su Çji 6-cı yerdədir.

Reytinqdə sonrakı yerlərdə amerikalı milyarder Donald Tramp, Yunanıstanın baş naziri Aleksirs Sipras, Yunanıstanın sabiq maliyyə naziri Yanis Varufakis, FİFA-nın sabiq prezidenti Yozef Blatter, ABŞ-ın dövlət katibi Con Kerri və İranın XİN başçsı Məhəmməd Cavad Zərif var.

Milli.Az


Tags:  Putin Merkelə uduzdu



RƏYLƏR


Top news