Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Ağsuda 34876 hektarda payızlıq taxıl əkilib

Ağsuda 34876 hektarda payızlıq taxıl əkilib

Date: 28 December 2015 13:18


Ağsu, 28 dekabr, AZƏRTAC
Mühüm strateji məhsul olan taxılçılıq Ağsu rayonunda iqtisadiyyatın aparıcı sahələrindəndir. Hər il olduğu kimi, cari mövsümdə də rayonda gələn ilin məhsulu üçün payızlıq əkin kampaniyası müvəffəqiyyətlə başa çatıb.
Bu barədə rayon statistika idarəsindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, fermerlər və fiziki şəxslər 34876 hektar sahədə səpin aparıblar. Əkinlərin 15359 hektarı buğda, 19517 hektarı isə arpadır. Ötən illə müqayisədə payızlıq taxıl əkinləri əlavə torpaq sahələri cəlb edilməklə 587 hektar artıb.
Səpin kampaniyasında 120-dən çox texnikanın qüvvəsindən istifadə olunub. Rayonun daha çox taxıl əkilən Kəndoba, Gəgəli, Qaraqoyunlu, Ərəbsarvan, Bico və bir sıra digər ərazi vahidlərində payız əkinləri daha mütəşəkkil aparılıb.
Hazırda sahələrdə zərərvericilərə qarşı mübarizə tədbirləri görülür.

Tags:  Ağsuda 34876 hektarda payızlıq taxıl əkilib


RƏYLƏR


Top news