Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İqtisadiyyat və Sənaye Nazirliyi: ətin qiymətində artım yoxdur

İqtisadiyyat və Sənaye Nazirliyi: ətin qiymətində artım yoxdur

Date: 28 December 2015 14:38



Bakı, 28 dekabr, AZƏRTAC
Ətin qiymətində artım yoxdur. İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarına mütəmadi nəzarət olunur və ətin qiymətində hər hansı dəyişiklik qeydə alınmayıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hazırda Bakıdakı satış məntəqələrində mal ətinin 1 kiloqramı istehlakçılara 6,50-8 manat arasında təklif edilir. Qoyun ətinin 1 kiloqramı isə əvvəlki aylarda olduğu kimi 8-10 manata satılır. Bununla yanaşı, artıq Bakı və Sumqayıt şəhərlərində Yeni il bayramı ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə satış yarmarkaları fəaliyyət göstərir. Həmin yarmarkalarda mal ətinin 1 kiloqramının qiyməti 5,50-6 manat arasındadır. Ölkə regionlarında isə ət istehlakçılara daha ucuz qiymətə təklif edilir.


Tags:  İqtisadiyyat Sənaye Nazirliyi ətin qiymətində artım yoxdur


RƏYLƏR


Top news