Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Qiymət fərqi yoxdur"

"Qiymət fərqi yoxdur"

Date: 28 December 2015 14:52

Müğənni Manana geyim tərzindən danışıb.

Milli.Az big.az-a istinadən xəbər verir ki, Manana bildirib ki, geyim seçimi edərkən qiymətə önəm vermir və daha çox ona yaraşanı seçir: 

"Həmişə məsləhətlərə qulaq asmağa hazıram. Anamdan soruşanda bilirəm ki, o, mənə açıq şəkildə deyəcək ki, bu geyim mənə yaraşır, ya yox. Amma adətən geyimlərimi özüm seçirəm. Bütün rənglər mənə yaraşır. Qırmızı, qəhvəyi, qara rəngə üstünlük verirəm. Bütün xanımların qarderobunda heç olmasa 2-3 qara rəngdə geyim olmalıdır. Ən əsas odur ki, zövqlə geyinəsən, sənə yaraşanı geyinəsən. Qiymət fərqi yoxdur. Ümumiyyətlə, nə Azərbaycanda, nə də başqa yerdə libasımın qiyməti haqqında heç vaxt danışmıram. Çünki sevmirəm. Başqaları bu haqda danışanda da xoşlamıram. Zənnimcə, normal deyil. Ən əsas geyim sənə yaraşmalıdır, zövqlü olmalıdır. Çox bahalı geyimlərim də var, normal qiymətə aldığım geyimlərim də var. İndi elə bir vəziyyət gəlib çatıb ki, hər şey bahalaşıb. Əgər yaxşı görünmək istəyirsənsə, bahalı geyimdənsə, sənə yaraşana üstünlük verməlisən".

Milli.Az


Tags:  Qiymət fərqi yoxdur


RƏYLƏR


Top news