Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rəşid Behbudovun 100 illiyinə həsr olunmuş konsert proqramı keçirilib - FOTO

Rəşid Behbudovun 100 illiyinə həsr olunmuş konsert proqramı keçirilib - FOTO

Date: 28 December 2015 15:22

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, "ASAN Könüllüləri" Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə görkəmli müğənni Azərbaycanın xalq artisti Rəşid Behbudovun 100 illiyinə həsr olunmuş konsert proqramı keçirilib.

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən konsert proqramında Rəşid Behbudovun həyat və yaradıcılığı haqqında geniş məlumat verilib, sənətkarın Azərbaycan incəsənətində tutduğu mövqedən, yaradıcılığın səciyyəvi cəhətlərindən geniş söhbət açılıb.

Daha sonra istedadlı ASAN Könüllüləri öz bacarıqlarını sərgiləyib. Tədbirdə könüllülərin ifasında Rəşid Behbudovun repertuarından sevilən mahnılar səslənib, sənətkarın həyat və yaradıcılığı ilə bağlı çəkilmiş "Bəxtiyar" filmindən və rol aldığı "Arşın mal alan" filmindən hissələr səhnələşdirilib, ustad sənətkarın ifa etdiyi mahnılar üzərində qurulmuş rəqs nömrələri tamaşaçılara təqdim olunub.

Qeyd edək ki tədbirin keçirilməsində əsas məqsəd, gənclər arasında Rəşid Behbudov yaradıcılığının təbliği, istedadlı könüllüləri üzə çıxarmaq, onların milli-mənəvi dəyərlərimiz, milli-mədəni sərvətimiz və musiqi tariximiz haqqında daha geniş biliklərə sahib olmalarına kömək göstərməkdir.









Tags:  Rəşid Behbudovun 100 illiyinə həsr olunmuş konsert proqramı keçirilib FOTO


RƏYLƏR


Top news