Cüdo üzrə Naxçıvan şəhər birinciliyi keçirilib

Cüdo üzrə Naxçıvan şəhər birinciliyi keçirilib
15:23 28 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 28 dekabr, AZƏRTAC
İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə yeniyetmələr arasında cüdo üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 8 çəki dərəcəsi üzrə 50 idmançı iştirak edib.
Birinciliyə start verilməmişdən əvvəl Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov və Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov ümummilli lider Heydər Əliyev tərəfindən elan olunmuş və dünyanın müxtəlif ölkələrində yaşayan çoxsaylı azərbaycanlıları birləşdirən Həmrəylik Gününün əhəmiyyətindən danışıblar. Çıxışçılar qarşıdan gələn bayram münasibətilə idmançıları təbrik edib, onlara uğurlar arzulayıblar.
Yarışın nəticələrinə əsasən, Nizami Məmmədli, Həmzə Rəhimli, Sənan Cəfərov, Fuad Gözəlov, Fuad Əşrəfli, Rüfət Zeynalov, İsmayıl Abbaslı və Əlişan Rəhimli müvafiq olaraq 27, 30, 34, 38, 42, 46, 50 və 54 kiloqram çəki dərəcələrində I yerlərə layiq görülüblər.
Qalib idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Cudo_uzre_Naxchivan_seher_birinciliyi_kechirilib-914925

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR