Neftçi İman Qasımovun cənazəsi bu gün torpağa tapşırıldı (VİDEO)

Neftçi İman Qasımovun cənazəsi bu gün torpağa tapşırıldı (VİDEO)
15:56 28 Dekabr 2015
169 Digər
Ölkə mətbuatı
A- A+

“Günəşli” yatağında baş verən hadisə nəticəsində itkin düşmüş neftçilərdən biri, yazdığı son mesajla ürəklərdə dərin iz qoyan İman Qasımovun meyiti bu gün torpağa tapşırılıb.

ANS TV-nin məlumatına görə, dəfn mərasimində İman Qasımovun dostları, qohumları və tanışları iştirak edib. Mərasimə gəlib -gedənlərin ardı-arası kəsilmirdi. Neftçinin qardaşı Səməd Qasımov bildirib, ki İmanın meyitinin tapılması haqda ailəyə ötən gecə xəbər veriblər. Onun şəxsiyyat vəsiqəsi, pulu, telefonu və sürücülük vəsiqəsi də üstündə olub.

İman Qasımovun həyat yoldaşı Arzu xanım hələ də bu xəbərə inanmadığını deyir. O İmanın dünənə qədər sağ olduğunu düşünürmüş.

Onun cənazəsi dəfn olunmaq üçün Lökbatan qəbirstanlığına aparılıb.

İman Qasımovun o bədbəxt hadisə baş verməmişdən əvvəl həyat yoldaşı Arzu xanıma yazdığı “Arzu salamat qal, mən getdim. Uşaqlara böyüklük et!” mesajı bütün sosial şəbəkələrdə və mediada insanları çox təsirləndirmişdi.

Xəzərdə itkin düşmüş digər 22 nəfərə gəldikdə isə Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bildirib ki, sabahdan etibarən axtarışlara 3 helikopter ayrılacaq. Həmçinin hadisə zamanı itkin düşən ailələrdən də bir nəfər axtarış işlərində iştirak edəcək.

Dekabrın 4-də axşam saatlarında "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə yanğın baş verib. SOCAR-dan verilən məlumata görə, yanğına səbəb güclü tufanın saat 17:40 radələrində yataqdakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarması olub.

Rəsmi məlumata görə, hadisə zamanı platformada 63 nəfər olub. Onlardan 8-nin meyiti tapılıb, 33 nəfər təxliyyə olunub, 22 nəfərin taleyi isə hələlik naməlumdur. Onlar itkin düşmüş elan edilib.




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368341

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR