“Şəmkir” SESS üzrə ötən ay 63,8 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib

“Şəmkir” SESS üzrə ötən ay 63,8 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib
15:58 28 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 28 dekabr, AZƏRTAC
“Şəmkir” su elektrik stansiyaları silsiləsi (SESS) üzrə noyabr ayında 63,8 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib. Qeyd edilən həcmdən 45,7 milyon kilovat-saatdan çoxu “Şəmkir” SES-in, 18,1 milyon kilovat-saata yaxını isə “Yenikənd” SES-in payına düşür.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirilib ki, bu ilin son üç ayında hidroaqreqatlarda cari təmir işləri həyata keçirilib. “Şəmkir” SES-də istismar edilən, ümumi gücü 380 meqavat olan iki hidroaqreqat saz vəziyyətdədir. Hazırda SES-də olan digər avadanlıq və qurğularda təmir işləri və profilaktik yoxlamalar davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Semkir_SESS_uzre_oten_ay_638_milyon_kilovat_saata_yaxin_elektrik_enerjisi_istehsal_edilib-914947

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR