YAP Səbail rayon təşkilatının idarə heyətinin iclası keçirilib

15:58 28 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 28 dekabr, AZƏRTAC
Dekabrın 28-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının idarə heyətinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda partiyanın rayon təşkilatının idarə heyətinin üzvləri, ərazi ilk təşkilatlarının sədrləri iştirak ediblər.
YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev iclas iştirakçılarını qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.
Gündəlikdə duran məsələlər barədə məlumat verən Ş.Hacıyev iclasda əsasən təşkilati işlərin müzakirə olunacağını qeyd edib. Bildirilib ki, Azərbaycanın ictimai-siyasi həyatında fəallığı ilə seçilən YAP Səbail rayon təşkilati il ərzində ölkəmizdə keçirilən bir sıra tədbirlərin təşkilində də mühüm rol oynayır. Qeyd olunub ki, YAP Səbail rayon təşkilatı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Səbail Rayon İcra Hakimiyyəti ilə birgə “Dini radikalizmlə mübarizə: əsas hədəflər” mövzusunda konfransın, həmçinin Səbail Rayon İcra Hakimiyyətində “Heydər Əliyev – Azərbaycan: dünən, bu gün və sabah” mövzusunda “dəyirmi masa”nın təşkilində yaxından iştirak edib.
Sonra təşkilati məsələlərə baxılıb, YAP Səbail rayon təşkilatının cari ildəki fəaliyyətinin yekunları və yeni ildə qarşıda duran vəzifələr müzakirə edilib. Həmçinin partiyanın sıralarına yeni qəbul olunan üzvlər, xüsusilə də gənclər arasında təbliğati işlərin daha da gücləndirilməsi, respublikamızın ictimai-siyasi həyatında fəal iştirak və s. məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Digər çıxış edənlər də müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirib, təkliflərini səsləndiriblər.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/YAP_Sebail_rayon_teskilatinin_idare_heyetinin_iclasi_kechirilib-914945

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR