Milli Məclis: "Saytın fəaliyyətinə hər hansı təsir göstərmək qeyri-mümkündür"

Milli Məclis: "Saytın fəaliyyətinə hər hansı təsir göstərmək qeyri-mümkündür"
17:05 28 Dekabr 2015
12 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 27-də Ermənistanın bəzi kütləvi informasiya vasitələrində "Armenian Cyber Army" haker qrupu tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin saytının sındırıldığı barədə həqiqətə uyğun olmayan informasiyalar yayılıb.

Trend-in Milli Məclisin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əslində isə həmin gün Ermənistan hakerləri tərəfindən Milli Məclisin saytına qarşı edilmiş müxtəlif pozuculuq məqsədli cəhdlər nəticə verməyib, sistemə heç bir zərər vura bilməyib. Bu hücumlar zamanı sistemdə çalışan mühafizə proqramı işə düşərək sayta girişi mühafizə məqsədilə qısa müddətdə məhdudlaşdırıb və sonradan sistem administratoru tərəfindən bərpa edilib.

Milli Məclisin həm inzibati, həm də texniki imkanları bu cür hücumların vaxtında qarşısını almağa imkan verir. Saytın qoruyucu sistemləri bu cür məkrli cəhdləri neytrallaşdırmağa qadirdir. Belə hərəkətlərlə Milli Məclis saytının fəaliyyətinə hər hansı təsir göstərmək qeyri-mümkündür.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/393646.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR