Prezident əfv sərəncamı verdi

Prezident əfv sərəncamı verdi
17:06 28 Dekabr 2015
113 Digər
Ölkə mətbuatı
A- A+

İlham Əliyev əfv sərəncamı imzaladı. Bu barədə Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, deputat Azay Quliyev bildirib.

Sərəncam məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq verilib.

Sərəncam ümumilikdə 210 nəfərə şamil edilir.

Xatırladaq ki, prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ərəfəsində əfv haqqında fərman imzalayacağı barədə xəbər hələ bir müddət öncədən vermişdik.

Əfv Komissiyasının üzvi, deputat Məlahət İbrahimqızının sözlərinə əsasən, hər il olduğu kimi bu il də prezident tərəfindən əfv fərmanının imzalanacağı gözlənilir:

"Biz bununla bağlı hal-hazırda iş aparırıq. Müraciət edən məhbusların hər birini fərdi olaraq araşdırırıq. Onların həbsxanada olduğu müddətdə hansı əməllər gördükləri, hansı cinayət əməlinə görə həbs olunduqları və məhbusun özünün fikirləri əfv olunmada əsas götürülür".

Deputat baxılan müraciətlər arasında bir neçə il cəza çəkənlərlə yanaşı, ömürlük azadlıqdan məhrum edilənlərin də olduğunu deyib.

Sonuncu dəfə əfv sərəncamı bu ilin mart ayında - Novruz bayramı ərəfəsində imzalanıb. Sərəncam ümumilikdə 101 nəfərə şamil edilib. Əfv olunanlar arasında 2 Gürcüstan vətəndaşı da var.

Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 90 nəfər cəzanın çəkilməmiş hissəsindən, 4 nəfər islah işləri, 7 nəfər isə cərimə cəzasından azad edilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368349

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR