“Azərişıq” ASC bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Azərişıq” ASC bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
17:18 28 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 28 dekabr, Xatirə Cəfərova, AZƏRTAC
Azərişıq” ASC Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə dekabrın 31-dən 2016-cı il yanvarın 5-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev AZƏRTAC-a bildirib ki, bayram günlərində enerji istehlakçılarının fasiləsiz elektrik enerjisi ilə təchiz olunması, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlər görüləcək. Elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə ASC-nin mərkəzi aparatı və Regional Enerji Təchizatı və Satışı idarələri üzrə təşkil olunmuş növbətçilik üzərində nəzarət gücləndiriləcək. Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, bayram günləri tədbirlərin keçirildiyi yerlərdə aparılması planlaşdırılan işlərin müvəqqəti olaraq dayandırılması təmin olunacaq. Ölkə üzrə ASC-nin tabeliyində olan xidmət sahələrində və Avtonəqliyyat xidmətlərində növbətçilik təşkil ediləcək, zəruri olan mal-materialların, transformatorların ehtiyatı yaradılacaq. Şəhərlərdə, rayon, qəsəbə və kəndlərdə yarana biləcək hər hansı problem ilə əlaqədar abonentlər 199 saylı telefonla ”Qəza Xidməti”nə məlumat verə bilərlər.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerisiq_ASC_bayram_gunlerinde_guclendirilmis_is_rejiminde_fealiyyet_gosterecek-914999

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR