Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qətərin mədəniyyət naziri Xalça Muzeyində olub

Qətərin mədəniyyət naziri Xalça Muzeyində olub

Date: 28 December 2015 17:28


Bakı, 28 dekabr, AZƏRTAC 
Qətərin mədəniyyət naziri Xamad Bin Əbdül Əziz Əl-Kavari Azərbaycan Xalça Muzeyində olub.
Muzeydən AZƏRTAC-a bildirilib ki, qonağa muzey haqqında məlumat verilib və həyata keçirilən bir sıra layihələrdən danışılıb.
Bildirilib ki, İslam mədəniyyətinə aid kolleksiyaların tam toplandığı muzeydə Səfəvi dövrünə aid xalçalar da sərgilənir. Mədəniyyət nümunələri İslam dininin tarixi və təşəkkülü ilə bağlıdır, xalçaların üzərindəki simvollar islami dəyərləri təcəssüm etdirir.
Qeyd olunub ki, 2016-cı ildə yaradılması planlaşdırılan İslam İncəsənəti Muzeyində Şərq xalçalarına aid beynəlxalq konfrans və qədimi xalçaların sərgisinin keçirməsi də nəzərdə tutulur.
Daha sonra muzeyin zəngin kolleksiyası ilə tanış olan qonaq, Azərbaycan tarixinə və mədəniyyətinə, xüsusən də xalçalarına heyranlığını ifadə edərək, muzeyin rəylər kitabına ürək sözlərini yazıb.
Sonda Azərbaycan Xalça Muzeyinin direktoru Röya Tağıyeva müəllifi olduğu “Azərbaycan Xalçası Ensiklopediyası”nı qonağa hədiyyə edib.

Tags:  Qətərin mədəniyyət naziri Xalça Muzeyində olub


RƏYLƏR


Top news