Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bakıda ağır atletika üzrə beynəlxalq turnirin qalibləri müəyyənləşib

Bakıda ağır atletika üzrə beynəlxalq turnirin qalibləri müəyyənləşib

Sənan daha bir medal qazandı (11 Mart 2017 22:22)
Azərbaycan ağır atleti İranda keçirilən turnirdə bürünc medal qazanıb (11 Mart 2017 20:32)
İdmançımız İranda çempion oldu (11 Mart 2017 13:57)

Tarix: 28 Dekabr 2015 17:38


Bakı, 28 dekabr, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən AAAF parkın idman salonunda Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə beynəlxalq turnir keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, yarışın keçirilməsində məqsəd Milli Qəhrəman F.Şahbazovun timsalında vətən uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinin əziz tutulması, F.Şahbazovun həyat yolunun və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar və gənclər arasında təbliğ olunması, yerlərdə ağır atletika idman növünün təbliğ və inkişaf etdirməsi, ən güclü idmançıların aşkar olunması, şəhər yığma komandasına namizədlərin seçilməsi, idmançıların ustalıq səviyyəsinin artırılmasıdır.
Yarışda Azərbaycanla yanaşı, İran, Ukrayna, Bolqarıstan və Moldovadan idmançıları da mübarizə aparıblar.
Turnir 13-14, 15-16 və 17-18 yaş qrupları və beynəlxalq qaydalar üzrə keçirilib. Şəxsi birincilik xarakteri daşıyan yarışda qaliblər hər yaş qrupunda “Sinkler” cədvəlinə görə, topladığı xallara əsasən müəyyənləşib.
Nəticələrə görə, 13-14 yaş qrupu arasında Fuqan Əliyev (Azərbaycan), 15-16 yaşlı idmançıların mübarizəsində Hossein Sultanlı (İran), 17-18 yaş qrupu üzrə isə İqor Obuxov (Ukrayna) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Hər yaş qrupunda ilk üç yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom, xatirə hədiyyələri və medallarla təltif olunublar.





Teqlər:  Bakıda ağır atletika üzrə beynəlxalq turnirin qalibləri müəyyənləşib



RƏYLƏR


Top xəbərlər