Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Astarada maarifləndirici filmlərin nümayişi olub

Astarada maarifləndirici filmlərin nümayişi olub

Date: 28 December 2015 19:23


Astara, 28 dekabr, Bağır Əliyev, AZƏRTAC
Astara rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Astara şəhər 1 və 3 nömrəli tam orta məktəblərin IX-XI sinif şagirdləri üçün Aysel Babazadənin müəllifi olduğu “Bəs mənim təhsil almaq hüququm?!” və erkən nikahın fəsadlarından bəhs edən “Gəlincik”, Astara Gənclər Mərkəzində isə rayon icra hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin Əhali Fondu və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə “Azərbaycan ailəsi-2015” mövzusunda filmlər nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, maarifləndirici filmlərin nümayişindən sonra Cənub Regional Televiziyasının rejissoru, Orxan Cahangir, layihə rəhbəri Aysel Babazadə, Astara rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev nümayiş etdirilən filmlərin tərbiyəvi əhəmiyyətindən danışıb, gəncləri maraqlandıran sualları cavablandırıblar.

Tags:  Astarada maarifləndirici filmlərin nümayişi olub


RƏYLƏR


Top news