Həmrəylik Günü ilə əlaqədar Sankt-Peterburqda keçirilən tədbirdə soydaşlarımız bir araya gəliblər

Həmrəylik Günü ilə əlaqədar Sankt-Peterburqda keçirilən tədbirdə soydaşlarımız bir araya gəliblər
21:08 28 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 28 dekabr, AZƏRTAC
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğu Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə “Lesnaya Skazka” Azərbaycan Milli Mətbəx Mərkəzində tədbir təşkil edib.
Tədbirdə Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, Sankt-Peterburqda təhsil alan tələbələrimiz, Sankt-Peterburq qanunverici məclisinin deputatları, incəsənət xadimləri, KİV nümayəndələri və baş konsulluğun diplomatları iştirak ediblər.
Bir neçə hissədən ibarət tədbirdə tələbələr arasında Azərbaycan tarixinə və mədəniyyətinə həsr olunan viktorina da keçirilib, istedadlı gənclərimiz milli mahnılar və rəqslər ifa ediblər. İştirakçılara Azərbaycan mətbəxinin nümunələrindən ibarət ziyafət verilib.
Tədbirdə çıxış edən baş konsul Elşad Qulamov ümummilli lider Heydər Əliyev tərəfindən qəbul edilmiş tarixi qərarların Azərbaycan xalqının birlik ideyasını təcəssüm etdirdiyini vurğulayıb. Diplomat Ümummilli Liderin azərbaycançılıq ideyası ətrafında sıx birləşməyin önəmini qeyd edib, Azərbaycanın inkişaf kursunun uğurla davam etdiyini vurğulayıb.
Sankt-Peterburqun qanunverici məclisinin deputatı Sergey Troxmanenko, “Smolnıy Universiteti” konsorsiumunun prezidenti Heydər İmanov, “Sankt-Peterburqun Azərbaycan Diasporu” ictimai təşkilatın sədri, Vvedenskiy bələdiyyə dairəsinin deputatı Sabir Məsimov, Türkiyənin baş konsulu Kazım Çavuşoğlu iştirakçıları həmrəylik günü münasibətilə təbrik ediblər.
Sonra tələbələrimiz arasında Azərbaycan tarixi, dövlət rəmzləri və mədəniyyəti mövzusunda viktorina keçirilib. Qaliblərə baş konsulluğun mükafatları təqdim edilib.
Tədbirdə istedadlı gənclərimiz Azərbaycana həsr olunan şeirlər oxuyub, vətənpərvərlik mövzularında mahnılar və milli rəqslər ifa ediblər. Fəal iştirak edən tələbələrə baş konsulluq adından hədiyyələr təqdim edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Hemreylik_Gunu_ile_elaqedar_Sankt_Peterburqda_kechirilen_tedbirde_soydaslarimiz_bir_araya_gelibler-915100

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR