Səudiyyə Ərəbistanında benzinin qiyməti bahalaşıb

Səudiyyə Ərəbistanında benzinin qiyməti bahalaşıb
01:13 29 Dekabr 2015
81 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi Beynəlxalq Valyuta Fondu Səudiyyə Ərəbistanına neft gəlirlərinin sürətlə azaldığı bu dövrdə ölkənin xərclərini azaltmayacağı təqdirdə iflasa uğraya biləcəyi barədə xəbərdarlıq etmişdi.
Elə bu ərəfədə Səudiyyə Ərəbistanı hökuməti tərəfindən ölkədə büdcənin rekord həddə kəsiri fonunda benzinin qiymətinin 40 faiz qaldırıldığı barədə məlumat yayılıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, hazırda krallıqda bir litr benzinin qiyməti 24 ABŞ senti təşkil edir.
Səudiyyə Ərəbistanında benzin və kommunal xidmətlərinin qiymətləri subsidiyalar hesabına aşağı səviyyədə saxlanılır. Ölkə neft istehsalına görə dünyada birinci yerdədir.
Ekspertlər hesab edirlər ki, büdcə vəsaitlərinin azalmasının əsas səbəbi neftin qiymətinin kəskin ucuzlaşmasıdır. Səudiyyə Ərəbistanı Kralı bəyan edib ki, ölkə digər gəlir mənbələri axtaracaq.
Qeyd edək ki, 2016-cı ildə krallıq hökuməti büdcə xərclərini 10 faiz azaltmaq və bəzi xarici aktivlərini satmaq niyyətindədir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Seudiyye_Arebistaninda_benzinin_qiymeti_bahalasib-915113

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR