Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

ŞƏT Azərbaycanla dialoq üzrə tərəfdaşlıq statusunu təqdim etmək haqqında memorandumu imzalamağa hazırdır

ŞƏT Azərbaycanla dialoq üzrə tərəfdaşlıq statusunu təqdim etmək haqqında memorandumu imzalamağa hazırdır

Cibuti Azərbaycanla yükdaşıma üzrə saziş imzalamaq istəyir (24 Fevral 2017 14:47)
Azərbaycan və Cibuti arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu imzalanıb (24 Fevral 2017 13:57)

Tarix: 29 Dekabr 2015 07:47

"Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycanla dialoq üzrə tərəfdaşlıq statusunu təqdim etmək haqqında memorandumu imzalamağa hazırdır".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Dmitri Mezentsev TASS agentliyinə müsahibəsində bildirib.
 
Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşünün detallarına dair verdiyi müsahibədə təşkilat rəhbəri nazirlə görüşdə müşahidəçi dövlətlərlə, ŞƏT-lə dialoq üzrə tərəfdaşlarla bağlı mövzunun müzakirə olunduğunu da qeyd edib: "Müşahidəçi dövlətlərlə qarşılıqlı fəaliyyətin yeni səviyyəyə çatdırılmasına nail olunub. Misal üçün, Çinin Çjençou şəhərində hökümət başçılarının "6+6" formulunda baş tutan görüşündə Belarus ilk dəfə müşahidəçi qismində ümumi müzakirələrdə bərabərhüquqlu iştirakçı kimi iştirak edib. Mən naziri gələn ilin əvvəlində Şanxay Əməkdaşlıq Təşkilatının Azərbaycan, Ermənistan və Nepalla dialoq üzrə tərəfdaşlıq statusunu təqdim etmək haqqında memorandumu imzalamağa hazır olduğu barədə məlumatlandırdım. Bununla yanaşı qeyd etdim ki, Şanxay Əməkdaşlıq Təşkilatı ailəsində dialoq üzrə əməkdaşlıq statusunda ilk memorandum bu ilin payızında Kamboca Krallğı ilə imzalanıb".

Milli.Az


Teqlər:  ŞƏT Azərbaycanla dialoq üzrə tərəfdaşlıq statusunu təqdim etmək haqqında memorandumu imzalamağa hazırdır



RƏYLƏR


Top xəbərlər