Bakı, 29 dekabr, AZƏRTAC
Beynəlxalq koalisiya qüvvələri dekabrın 21-dən 28-dək İŞİD terror təşkilatının Suriya və İraqdakı mövqelərinə 193 hava zərbəsi endirib.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyada təyin olunan hədəflərə 63, İraq isə 130 dəfə hava hücumu edib.
Hücumlar zamanı terrorçu qrupun taktika vahidləri, anbarları və müharibə mövqeləri vurulub.