Rusiya rublu kəskin ucuzlaşdı

Rusiya rublu kəskin ucuzlaşdı
08:26 29 Dekabr 2015
295 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyada da dollar kəskin bahalaşıb. Dekabr ayının başından bəri Amerikan dolları garşısında dəyər itirməyə davam edən rus rublu ötən gün yeni bir antirekorda imza atdi. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, artıq bir Amerikan dolları 72 rubldan satılıb ki, bu da 1998-ci ildən bəri rus rublunun ən aşağı səviyyəsidir. Rus rublunun xarici valyutalara garşı rekord səviyyədə dəyər itirməsinin başlıca səbəbləri kimi dünya neft bazarında qiymətlərin ucuzlamasıyla yanaşı ölkə içində vergi ödəmələri dönəminin başa çatmış olması göstərilir.

Rus rublunun dəyərini müəyyənləşdirən başlıca amilin enerjı qaynaqları olduğunu nəzərə alsağ son 11 ilin ən aşağı dəyərindən satılan neftin daha da ucuzlaşması halında rus rublunun da yeni antirekordlar qıra biləcəyi istisna edilmir.

Bir neçə gün sonra Rusiyada 10 günlük yeni il tətili başlayacaq ki, bu dönəmdə rublun məzənnəsi sabit tutulacaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=368387

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR