Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Vaşinqtonda Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş tədbir keçirilib

Vaşinqtonda Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş tədbir keçirilib

Date: 29 December 2015 08:38


Vaşinqton, 29 dekabr, AZƏRTAC
Vircinia ştatının Arlinqton şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və Yeni ilə həsr edilmiş bayram tədbiri keçirilib. ABŞ Azərbaycanlıları Şəbəkəsi, Amerika-Azərbaycan Ticarət Palatası və ölkəmizin ABŞ-dakı səfirliyi tərəfindən təşkil edilmiş tədbirdə amerikalı qonaqlar, Vaşinqtonun və ətraf rayonların Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
ABŞ Azərbaycanlıları Şəbəkəsinin həmtəsisçisi Yusif Babanlı qonaqları salamyaraq onları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn 2016-cı il münasibətilə təbrik edib. Həmrəylik gününün tarixindən söz açan Y.Babanlı qeyd edib ki, suveren Azərbaycan daxildə və xaricdə, eləcə də müxtəlif ölkələrdə mövcud olan Azərbaycan icmaları üçün müstəqillik, tərəqqi və inkişaf rəmzidir. O, icma üzvlərini bu müstəqilliyi qoruyub saxlamaq üçün Azərbaycanın mənafeyinin və milli maraqlarının müdafiəsində səylərini əsirgəməməyə çağırıb.
Sonra Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxış edib. İcma üzvlərini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edən diplomat başa çatmaqda olan ilin yekunlarından söhbət açıb. O, Prezident İlham Əliyevin daxili və xarici siyasəti sayəsində Azərbaycanın regionda ən sabit və müstəqil dövlət olduğunu və beynəlxalq səviyyədə qazandığı uğurları qeyd edib. Azərbaycan ərazilərinin 20 faizinin hələ də işğal altında olduğunu qeyd edən E.Süleymanov, Azərbaycanın ərazi bütövlüyünün bərpasında icma üzvlərini səylərini əsirgəməməyə çağırıb. Səfir həmrəylik gününün əhəmiyyətini vurğulayaraq, icma üzvlərini daha sıx birləşməyə və Azərbaycanı Birləşmiş Ştatlarda təmsil edərkən daha yüksək fəallıq göstərməyə səsləyib.
Bayram tədbiri rəngarəng konsert proqramı və rəqslərlə davam edib.




Tags:  Vaşinqtonda Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş tədbir keçirilib


RƏYLƏR


Top news